“Akfen Holding”in Direktorlar Şurasının sədri Həmdi Akına məxsus olduğu bildirilən TC-AKF qeydiyyat nişanlı, “Cessna Citation Latitude” tipli özəl biznes təyyarəsi Liviyanın Misrata Hava Limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Qaziler.az "türkiyegezetesi"nə istinadən bildirir ki, İstanbuldan Liviyaya sərnişinsiz gedən təyyarədəki 2 pilot və 1 göyərtə bələdçisi xilas edilərək xəstəxanaya yerləşdirilib.
Məlumata görə, özəl təyyarə sentyabrın 14-ü səhər saat 05:45-də İstanbul Atatürk Hava Limanından Misrataya doğru havalanıb. Təyyarənin Liviyadan sərnişin götürmək üçün boş göndərildiyi bildirilir.
Misrata Hava Limanına eniş edən hava gəmisi təkərləri yerə qoyduqdan dərhal sonra uçuş-enmə zolağından çıxıb. Qəzadan sonra təyyarədə yanğın baş verib, hava limanının yanğınsöndürmə və xilasetmə (ARFF) briqadaları qısa müddətdə müdaxiləyə başlayıb.
QAZİLER.AZ

