Kolumbiya vitse-prezidentinin oğlunun sevgilisi yarım marafondan sonra vəfat etdi

Kolumbiya vitse-prezidentinin oğlunun sevgilisi yarım marafondan sonra vəfat etdi backend

Kolumbiya vitse-prezidentinin oğlunun sevgilisi yarım marafon zamanı üç dəfə ürək dayanması keçirdikdən sonra vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da Böyük Britaniyanın "Need To Know" portalı məlumat yayıb. 

Ölkə prezidenti Abelardo de la Espriella hadisə ilə bağlı bəyanat yayıb: “Bu ağrılı və gözlənilməz itki ilə əlaqədar vitse-prezidentimizə, onun oğlu Xuliana və Xuliana Avilanın ailəsinə, eləcə də bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Faciə 30 mindən çox insanın qatıldığı Medelin marafonu zamanı baş verib. Qaçış zamanı biotibbi mühəndislik fakültəsinisnin 20 yaşlı tələbəsi Xuliana Avila Sauda məsafədə qəfildən  huşunu itirib.

Huşunu itirən gənc qız dərhal MedeliN xəstəxanasına çatdırılıb. Həkimlər ürək dayanmasından sonra onu üç dəfə həyata qaytarmağa müvəffəq olsalar da, o, növbəti gün vəfat edib.

Yerli hakimiyyət orqanları ölümün dəqiq məhkəmə-tibbi səbəbinin hələlik müəyyən edilmədiyini bildiriblər. Bununla belə, qeyd olunub ki, bu hadisə son səkkiz il ərzində sözügedən yarışlarda qeydə alınan dördüncü ölüm faktıdır.

QAZİLER.AZ