Qəzza ilə bağlı film Venesiya Film Festivalında rekord qırdı - FOTO/VİDEO

Qəzza ilə bağlı film Venesiya Film Festivalında rekord qırdı - FOTO/VİDEO backend

Qəzza zolağında müharibədən bəhs edən “NAZA” sənədli filmi Venesiya Film Festivalında 25 dəqiqə ayaqüstə alqışlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Bu, böyük film festivalları arasında rekord göstərici olub. Ötən il Qəzzada beş yaşlı qızın faciəsindən bəhs edən “Hind Rajabın səsi” filmi 24 dəqiqə alqışlanmışdı.

Filmin rejissorları – israilli Yüval Abraham və Reyçel Szor – alqışlar zamanı öz sakitliklərini və ciddiliklərini qoruyub saxlayıblar. Bəzi tamaşaçılar isə göz yaşlarını saxlaya bilməyib və Fələstin bayraqları açıblar.

“NAZA” filmində İsrail xüsusi xidmət orqanlarının 24 əməkdaşı ilə anonim şəkildə aparılmış müsahibələr təqdim olunur. Onlar keçirdikləri əməliyyatlar barədə ətraflı məlumat verirlər. Müsahibələr gecə saatlarında Təl-Əvivdə binaların damlarında aparılıb.

“NAZA” adı İsrail xüsusi xidmət orqanlarında istifadə olunan daxili koddan götürülüb və “girovun zərəri” mənasını verir. Bu termin zərbə nəticəsində mülki əhali arasında yol verilə bilən itkilərin sayını ifadə edir.

İsrail bildirir ki, Qəzzaya endirdiyi zərbələr terror təşkilatlarının üzvlərinə qarşı yönəlib və hakimiyyət mülki əhali arasında itkilərin qarşısını almağa çalışır. Lakin müsahibələrdə iştirak edən zabitlər belə itkilərin qaçılmaz olduğunu etiraf edirlər.

QAZİLER.AZ