Özbəkistan televiziyasının diktoru qətlə yetirilib

Özbəkistan televiziyasının diktoru qətlə yetirilib backend

Daşkənddə Özbəkistan televiziyasının diktoru Rahmatilla Mirzəyev qətlə yetirilib.

“Ferqana” saytının verdiyi xəbərə görə, bu barədə R. Mirzəyevin həmkarı Muslimbəy Yoldaşev məlumat verib. Qətlin təfərrüatları hələlik məlum deyil. Qeyd edək ki, R. Mirzəyev “Axborot” (“Xəbərlər”) informasiya proqramının aparıcısı olub. O, böyük populyarlığa malik olduğundan tez-tez müxtəlif məclislərə dəvətlər alırdı. Ötən ilin sentyabrında R. Mirzəyevin 60 yaşı tamam olub.
Diaspora