ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper Yəməndə husilərin əldə etdiyi böyük hərbi irəliləyişlərdən sonra məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
“Admiral Bred Kuper cümə axşamı Yəməndə husilərin hücumu ilə bağlı təcili məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına uçub”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl “Axios” öz mənbələrinə istinadən bildirmişdi ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sentyabrın 11-də ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək husilərə zərbələr endirməyə çağırıb. Lakin ABŞ lideri bu çağırışı rədd edib.
Qeyd edək ki, husilərin bir neçə yaşayış məntəqəsini ələ keçirdiyi və hazırda Yəmənin Qırmızı dəniz sahillərinə tam nəzarət etdiyi barədə məlumatlar yayılıb.
QAZİLER.AZ

