Modi Putinin təklifini qəbul etdi

Modi Putinin təklifini qəbul etdi backend

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər etməyi planlaşdırır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi iki liderin görüşündən sonra məlumat verib.

Nazirlik xatırladıb ki, Putin Modini 24-cü illik Rusiya-Hindistan sammitində iştirak etməyə dəvət edib. "Baş nazir dəvəti qəbul edib", - Hindistan Xarici İşlər Nazirliyi qeyd edib.

Zirvə görüşünün tarixləri qarşılıqlı rahatlıq nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

QAZİLER.AZ