Tramp husilərə zərbə endirməkdən imtina etdi

Tramp husilərə zərbə endirməkdən imtina etdi backend

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə husilərə zərbələr endirmək xahişini rədd edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp husilərə zərbə endirməkdən imtina edib, ABŞ administrasiyasının nümayəndələri isə hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə etməyi planlaşdırmadıqlarını bildiriblər.

Jurnalistlərin məlumatına görə, Məhəmməd bin Salman husilərin mövqelərinə zərbə endirilməsini xahiş etmək üçün sentyabrın 10-da Trampa iki dəfə zəng edib.

Bundan əvvəl Yəmənin şimalında hakim olan şiə “Ənsar Allah” hərəkatının (husilər) tərəfində döyüşən qüvvələr strateji əhəmiyyəli Moha şəhərinə və Qırmızı dənizdəki bütün adalara nəzarəti ələ keçirib.

QAZİLER.AZ