Belarus Prezidenti Aleksandr Lukaşenko qoşunlarda hazırlıq vəziyyətinin yoxlanılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Artıq xalq dili ilə demişəm: ordunu silkələmək lazımdır, vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Hətta səfərbərliyə qədər. Müharibə zamanı necə olacaqsa, hər şeyi elə edirik. Müharibəyə hazırlaşırıq ki, müharibə olmasın”, — deyə o vurğulayıb.
QAZİLER.AZ

