"Bu, ölümə bərabərdir" - Lukaşenko

"Bu, ölümə bərabərdir" -  Lukaşenko backend

Lukaşenko Belarusun qonşularına hücum etməyəcəyinə əmin edir.

Belarus prezidenti Aleksandr Lukaşenko qonşu ölkələrə hücum etmək planlarının olmadığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə "Пул Первого" məlumat yayıb.

Lukaşenko Minskin mümkün aqressiv hərəkətləri ilə bağlı narahat olanları sakitləşdirməyə çalışaraq, Belarusun heç vaxt ilk hücum edən ölkə olmayacağına əminlik yaratmağa çalışıb.

"Biz praqmatlarıq. Məsələn, qonşularımızdan birinə hücum etsək, bunun ölümə bərabər olacağını başa düşürük. Perimetrimiz boyunca yerləşən "canavarlarla" münaqişədə qalib gələ bilmərik. Bəs onda niyə müharibəyə başlamalıyıq?", - deyə Lukaşenko bildirib.

QAZİLER.AZ