ABŞ Prezidenti Donald Tramp amerikalıları noyabrın 3-də mütləq seçki məntəqələrinə getməyə çağırıb. O, Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı səsvermədən imtinanın nəticələrini izah edərkən qeyri-adi ifadədən istifadə edib.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna Rusiyanın “Donald Trump na russkom” Telegram kanalında yayılan paylaşımına istinadən məlumat yayıb.
Tramp tərəfdarlarına seçkiləri görməzlikdən gəlməməyə və səsvermə hüquqlarından istifadə etməyə çağırış edib. Onun sözlərinə görə, kommunistlərlə mübarizədə qalib gəlmək üçün seçkilərdə iştirak vacibdir.
“Bilirsiniz, səs verməsəniz nə baş verəcək? Cəhənnəmə düşəcəksiniz. Bunu bilirsiniz. Yaxşı? Cəhənnəmə düşəcəksiniz. Mən bunun sizin başınıza gəlməsini istəmirəm. Ona görə də, xahiş edirəm, gedin və səs verin. Çünki biz birlikdə kommunistlərə qalib gələcəyik”, – deyə ABŞ Prezidenti Respublikaçılar Partiyasının qurultayında bildirib.
QAZİLER.AZ

