İsveçrədə turist avtobusu aşıb: Çox sayda ölən var

İsveçrədə turist avtobusu aşıb: Çox sayda ölən var backend

İsveçrə Alplarında avtobus qəzası: Çox sayda ölən var İsveçrənin cənub-şərqindəki Alplarda turist avtobusunun aşması nəticəsində çox sayda insan həyatını itirib.

İsveçrənin Qraubünden bölgəsində turist avtobusunun aşması nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, qəza Susch və Zernez yaşayış məntəqələri arasında baş verib. Hadisə yerinə helikopterlərin də cəlb olunduğu genişmiqyaslı xilasetmə qrupu göndərilib.

Avtobusda təxminən 48 niderlandlı sərnişinin olduğu bildirilir. Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

QAZİLER.AZ