Kosta Rikalı Xose Flores dünyanın ən yaşlı insanı olduğunu deyir.
Qaziler.az bildirir ki, "The Daily Mail" onun hekayəsini paylaşır.
Xose 11 iyul 1907-ci ildə anadan olduğunu iddia edir.
Əgər onun yaşı təsdiqlənərsə, o, rəsmi olaraq dünyanın ən yaşlı insanı hesab olunacaq.
Bu məlumat hazırda yoxlanılır.
119 yaşlı kişinin qız nəvəsi Helen Flores uzunömürlülüyünün sirrinin ailəsi olduğunu bildirib.
"Sevgi, qayğı, diqqət olmasaydı, o, burada olmazdı", - deyə o bildirib.
Hellenin sözlərinə görə, Xose hazırda kənddə sakit və xoşbəxt həyat sürür, tez-tez maraqlı hadisələri xatırlayır və zarafatlar edir. Hellen etiraf edib ki, testin nəticələrini gözləyir və müsbət nəticəyə ümid edir. "Bu, həm ailə, həm də ölkə üçün qürur mənbəyi olardı", - deyə o izah edib.
Xosenin səkkiz övladı, 23 nəvəsi, 25 nəticəsi və bir kötükcəsi olduğu bilinir. Hazırda dünyanın ən yaşlı insanı Birləşmiş Krallıqdan olan Etel Katerham kimi tanınır. O, 2026-cı ilin avqust ayında 117 yaşına çatıb.
QAZİLER.AZ

