ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının qələbə qazanacağı təqdirdə hər bir yetkin amerikalıya 5 min dollar veriləcəyini vəd etməklə faktiki olaraq seçiciləri ələ almağa çalışır.
Qaziler.az-ın məlumatına görə, amerikalı politoloq Malek Dudakov “Gazeta.Ru”ya bildirib ki, bu strategiyanın prezidentə kömək edəcəyi ehtimalı azdır və böyük ehtimalla seçkiləri uduzacaq.
“ABŞ-də yaşı 18-dən yuxarı olan təxminən 270 milyon yetkin amerikalının yaşadığını nəzərə alsaq, bu, dövlət büdcəsinə təxminən 1,3 trilyon dollara başa gələcək. Bu, ABŞ büdcəsinin dörddə birinə bərabərdir. Əlbəttə, Trampı heç kim belə bir məbləği verməsi üçün təsdiqləməyəcək. Bu halda o, sadəcə olaraq kifayət qədər məlumatlı olmayan seçiciləri öz tərəfinə çəkməyə çalışır və Respublikaçılar qalib gələcəyi təqdirdə onlara bu pulları vəd edir. Halbuki o, Respublikaçıların qalib gəlməyəcəyini çox yaxşı başa düşür”, – deyə ekspert bildirib.
Tramp sonradan Respublikaçılardan fərqli olaraq, Demokratları müvafiq addımı atmadıqlarına görə günahlandırmaq imkanı əldə edəcək.
QAZİLER.AZ

