Husilər strateji liman şəhərini ələ keçirdi

Husilər strateji liman şəhərini ələ keçirdi backend

Husilərə qarşı çıxan üç yəmənli hökumət rəsmisi qruplaşmanın Yəmənin Qırmızı dəniz sahilində yerləşən liman şəhəri Mohaya nəzarəti ələ keçirdiyini bildiriblər.

Qaziler.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, şəhər Bab əl-Məndəb boğazından 50 mildən də az məsafədə yerləşir.

Ərəb KİV-lərinin daha əvvəl yaydığı məlumata görə, cümə axşamı səhər saatlarında yəmən hökumət qüvvələri husilərin şəhər istiqamətində irəliləməsi fonunda Mohadan geri çəkilib.

Sosial şəbəkələrdə də husilərin döyüşçülərinin Mohada olduğu bildirilən foto və videolar yayılıb.

Nəşrin qeyd etdiyi kimi, Mohanın ələ keçirilməsi husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafında nəzarətini daha da gücləndirə bilər.

QAZİLER.AZ