Fransanın “TotalEnergies” şirkəti iyun ayında Anqolada 17-ci blokda yeni neft yatağı aşkarlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Hasilat “Acacia-5” adlandırılan bu yatağın kəşfindən cəmi üç ay sonra üzən hasilat, saxlama və boşaltma qurğusu (FPSO) “Pazflor”un ehtiyat tutumundan istifadə etməklə başlamağı planlaşdırır.
Yeni yatağın blokda hasilatı sutkada 6 min barel artıracağı gözlənilir.
“TotalEnergies” 17-ci blokun 38%-lik payla operatorudur. Norveçin “Equinor” şirkətinin payı 22,16%, ABŞ-nin “ExxonMobil”" şirkətinin payı 19%, Anqolanın “Azule Energy” və “Sonangol E&P” şirkətlərinin payları isə müvafiq olaraq 15,84% və 5%-dir.
QAZİLER.AZ

