NATO Hörmüz boğazını minalardan təmizləmir –  Rutte

NATO Hörmüz boğazını minalardan təmizləmir –  Rutte backend

NATO Hörmüz boğazında minalardan təmizləmə əməliyyatları həyata keçirmir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte bildirib.

“Bu, NATO ərazisinə aid deyil. Təbii ki, baş verənləri izləyirik, NATO ölkələri sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər. Bu, NATO-nun missiyası deyil, lakin biz vəziyyəti izləyir və imkan daxilində kömək edirik”, – deyə Rutte bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmisi İranın Hörmüz boğazına nəzarəti itirdiyini və hazırda boğazın ABŞ-ın nəzarətində olduğunu açıqlayıb.

QAZİLER.AZ