Almaniyadan qovulan rusiyalı diplomatların sayı açıqlanıb

Almaniyadan qovulan rusiyalı diplomatların sayı açıqlanıb backend

Almaniya Rusiya diplomatik nümayəndəliklərinin 150-dən çox əməkdaşını və onların ailə üzvlərini ölkədən çıxarıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Almaniya hakimiyyətinin qərarı nəticəsində yüz minlərlə alman və Rusiya vətəndaşı konsulluq xidmətlərindən məhrum olub.

Diplomatik nümayəndəlik bildirib ki, mənşəyi naməlum olmayan və zərər yetirməyən sınmış dronun aşkarlanması Almaniyada yaşayan yüz minlərlə alman və Rusiya vətəndaşını konsulluq xidmətlərindən məhrum etmək üçün "məqbul" səbəbdirmi?

QAZİLER.AZ