ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində məğlub olacağı təqdirdə amerikalıları çətin günlərin gözləyəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” yazır.
Nəşrin məlumatına görə, Tramp bunu Dallas şəhərində keçirilən respublikaçıların qurultayında deyib.
“Əgər biz uduzsaq, sərhədlərinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi və müdafiənizi itirəcəksiniz. Rifahınızı itirəcəksiniz. Ölkəmiz əsl cəhənnəmdən keçir. Və siz də bu cəhənnəmdən keçməli olacaqsınız, eynilə cəmi iki il əvvəl olduğu kimi”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək.
QAZİLER.AZ

