Niderlandda Qərbi Nil qızdırmasından üç nəfər ölüb

Niderlandda Qərbi Nil qızdırmasından üç nəfər ölüb backend

Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində üç nəfər həyatını itirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Nu.nl” portalı Niderlandın Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatlarına istinadən xəbər verib.

Ölkədə Qərbi Nil qızdırmasına yoluxma hallarının ümumi sayı 18-ə çatıb. İlk ölüm halı barədə avqust ayında məlumat yayılıb.

Qərbi Nil qızdırması isti iqlimə malik ölkələrdə — Misir, Yunanıstan, İsrail, Tailand, Vyetnam, Hindistan, eləcə də Afrika, Asiya, Avropa və Şimali Amerikanın bir çox regionlarında yayılıb.

QAZİLER.AZ