ABŞ-nin maliyyə naziri Skott Bessent Prezident Donald Trampın yatmaqdan imtina etdiyini bildirib.
Qaziler.az "Newsweek" nəşrinə istinadən xəbər verir ki, nazir bununla bağlı ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində baş tutan Respublikaçılar Partiyasının ilk milli qurultayında açıqlama verib.
"Biz oyaq qala bilməyən dövlət başçısından yatmaq istəməyən dövlət başçısına keçid etdik", - deyə Bessent deyib.
Hələ bu ilin əvvəllərində yerli mediada qeyd edilirdi ki, Tramp, adətən, gecə saat ikidə və ya ondan da gec köməkçilərinə zəng edir. ABŞ liderinin özü də mətbuata açıqlamasında heç vaxt uzun müddət yatmadığını etiraf etmişdi.
Oxu.azt

