Tramp İranla müharibənin başa çatacağı vaxtı açıqladı

Tramp İranla müharibənin başa çatacağı  vaxtı açıqladı backend

İranla müharibə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata bilər.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Dallasa yola düşməzdən əvvəl "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha tab gətirə bilmirlər", - o bildirib.

Trampın sözlərinə görə, İran ABŞ-dəki seçkilərə təsir etməyə cəhd edə bilər.

"Onlar seçkilərə təsir etməyə çalışacaqlar ki, bizdə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar qrupu yaransın", - o qeyd edib.