İran ABŞ-yə xəbərdarlıq etdi: "Növbəti hədəfimiz..."

İran ABŞ-yə xəbərdarlıq etdi: "Növbəti hədəfimiz..." backend

ABŞ və İran arasında qarşılıqlı hücumların intensivləşdiyi bir vaxtda İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Vaşinqtona xəbərdarlıq edib.

Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir. 

Kanalın məlumatında qeyd olunub ki, Qalibaf ABŞ-nin müdafiə naziri Pit Heqsetə müraciət edərək, Vaşinqtonun İrana qarşı yeni hücumlarına cavab olaraq Yaxın Şərqdəki ABŞ enerji obyektlərinin hədəfə alına biləcəyini bildirib.

İran parlamentinin sədrinin paylaşımında enerji infrastrukturlarına zərbələr endirilməsi ilə bağlı görüntülər yer alıb. O, paylaşımına “Növbəti hədəf ABŞ-nin Yaxın Şərqdəki enerji obyektləri olacaq” ifadəsini əlavə edib.

QAZİLER.AZ