Süni intellekt yaxın 10 ildə bəşəriyyəti məhv edə bilər

Süni intellekt yaxın 10 ildə bəşəriyyəti məhv edə bilər backend

Süni intellektin yaxın 10 il ərzində bəşəriyyəti məhv etməsi ehtimalı 10 faiz qiymətləndirilir.

Qaziler.az xəbər verir ki, bunu ABŞ-nin “Anthropic” şirkətində süni intellekt istiqamətinin rəhbəri Evan Hyubinger “X” sosial şəbəkəsində bildirib.

“Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson süni intellekt sənayesindən təqaüdə çıxdığını elan edərək əlavə tədqiqatların "geri dönüş nöqtəsi"nə gətirib çıxara biləcəyindən qorxduğunu bildirib.

“Ceykob bu məsələdə haqlıdır. Biz həqiqətən də səmimi şəkildə hesab edirik ki, süni intellekt bütün bəşəriyyəti məhv edə bilər! Şəxsən mən düşünürəm ki, bunun yaxın 10 il ərzində baş vermə ehtimalı 10 faizdən də yüksəkdir”, — deyə Hyubinger yazıb.

Mütəxəssis bildirib ki, əsas narahatlıq “təkrar özünü təkmilləşdirmə nəticəsində ortaya çıxan superintellektlərlə” bağlıdır.

QAZİLER.AZ