Türkiyə təyyarəsi Rusiyanın İrkutsk hava limanında təcili eniş edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik hava limanına Boinq 737-900 markalı təyyarənin eniş etdiyini bildirib. İrkutsk hava limanının mətbuat xidməti hələlik hadisənin təfərrüatı haqda məlumat vermir.Qeyd edək ki, Türkiyə təyyarəsi Bişkekdən Ulan-Batora uçuş həyata keçirib.