Avropanın “Stellantis” avtomobil konserninin tərkibinə daxil olan ABŞ şirkəti “Chrysler” ölkədə təxminən 202 min “Jeep” avtomobilini geri çağırır.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb proqram təminatındakı xətadır. Bu xəta səbəbindən təkərlərdə təzyiqin azalması zamanı təzyiqə nəzarət sistemi problemi aşkar etməyə və sürücünü xəbərdar edən müvafiq indikatoru işə salmaya bilər. Bu isə qəza riskini artırır.
Geri çağırılma müəyyən “Grand Cherokee”, “Grand Cherokee 4xe”, “Grand Wagoneer” və “Grand Wagoneer L PHEV” modellərinə şamil olunur.
Problemi aradan qaldırmaq üçün avtomobil dilerləri proqram təminatını ödənişsiz yeniləyəcəklər.
QAZİLER.AZ

