Misirdə Rusiyanın yeni silahları nümayiş etdirildi - FOTO 

Misirdə Rusiyanın yeni silahları nümayiş etdirildi - FOTO  backend

Rusiya Misirdə keçirilən “El-Alameyn — 2026” Beynəlxalq Aviasiya və Kosmonavtika Sərgisində əvvəllər məlum olmayan yeni silahını təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət S-71M (“Monochrome”), S-71K (“Carpet”) və S8000 (“Banderol”) sursatlarından gedir. Ekspozisiyada nümayiş etdirilən bu üç silah nümunəsi Rusiyanın aviasiya zərbə sistemlərinin hansı istiqamətdə inkişaf etdiyinə dair olduqca dəyərli təsəvvür yaradır.

“Onlar həmçinin hələlik identifikasiya olunmamış dördüncü sursat nümunəsi ilə birlikdə nümayiş etdirilir”, — deyə nəşrin yazısında bildirilib.

TWZ-nin qeyd etdiyi kimi, bu adı açıqlanmayan silah qısa və qalın forması, xaçşəkilli quyruq qanadları və burun hissəsində yerləşən optik sensoru ilə diqqət çəkir.

Onun ümumi ölçüləri və forması bu silahın xüsusi olaraq pilotsuz uçuş aparatlarının (PUA) silahlandırılması üçün hazırlanmış ola biləcəyini ehtimal etməyə əsas verir.

QAZİLER.AZ