Rusiyanın Macarıstandakı səfirliyi diplomatların ölkədən çıxarılmasına reaksiya verib

Rusiyanın Macarıstandakı səfirliyi diplomatların ölkədən çıxarılmasına reaksiya verib backend

Rusiyanın Macarıstandakı səfirliyi diplomatların ölkədən çıxarılmasına reaksiya verib.

Macarıstan rəhbərliyinin istənilən qeyri-dost addımı sərt müqavimətlə qarşılaşacaq.

Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Budapeştdəki səfirliyi Telegram kanalında xəbərdarlıq edib.

“Baş verənlərə baxmayaraq, səfirlik ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətə əsaslanan və məhsuldar dialoqun qorunması naminə fəaliyyətini davam etdirəcək. Lakin istənilən qeyri-dost addım adekvat və sərt cavabla qarşılaşacaq”, — diplomatik nümayəndəlik vurğulayıb.

Səfirlik əlavə edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması Budapeştin xarici siyasətdə müstəqilliyini itirməsi istiqamətində güclənən tendensiyadan xəbər verir.

QAZİLER.AZ