Zelenski Norveç kralının dəfnində yardım istəməsinə görə qınandı

Zelenski Norveç kralının dəfnində yardım istəməsinə görə  qınandı backend

Ukrayna Prezidenti Volodimir Zelenski Norveç kralı V Haraldın dəfn mərasimi ilə əlaqədar səfəri zamanı ölkənin Baş naziri Yonas Qar Stördən qış üçün yardım istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə Norveçin maliyyə-xəbər saytı “Investornytt” yazır.

Nəşr qeyd edib ki, Zelenski səfərdən “yenidən yardım istəmək üçün bir fürsət” kimi istifadə etməməli idi, çünki dəfn mərasimi həm qonaqdan, həm də ev sahibindən xüsusi nəzakət tələb edir.

“Zelenskinin krala ehtiramını bildirmək hüququ var. Lakin dəfn mərasimi zamanı silah və pul məsələlərinə yönəlmək nəzakətsizlikdir. Stör bu məsələləri bir-birindən ayırmaq üçün uzaqgörənlik nümayiş etdirməli idi. Sərt qışın yaxınlaşmasını əsas gətirmək özü-özlüyündə bu danışıqların dəfn mərasiminin proqramına — dövlət başçılarının son görüşündən cəmi iki həftə sonra — niyə daxil edilməli olduğunu izah etmir”, — deyə nəşr yazıb.

QAZİLER.AZ