Rusiyada ayı təhlükəsi: şəhərdə xüsusi rejim tətbiq olunur

Rusiyada ayı təhlükəsi: şəhərdə xüsusi rejim tətbiq olunur backend

Petropavlovsk-Kamçatskidə sentyabrın 9-u saat 18:00-dan etibarən şəhərdə ayıların görünməsi hallarının artması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq ediləcək.

Qaziler.az bildirir ki, bu barədə şəhər meriyasından məlumat verilib.

Şəhər rəhbəri Andrey Vorovski bildirib ki, əsas məqsəd sakinləri potensial təhlükə barədə xəbərdar etmək və ilk növbədə uşaqlar üçün yarana biləcək riski minimuma endirməkdir. Onun sözlərini TASS yayıb.

Bildirilib ki, rejim əhalinin təhlükəsizliyinə cavabdeh qüvvə və xidmətlərə şamil olunur. Bununla belə, şəhər administrasiyası vəziyyətin nəzarətdə qaldığını vurğulayıb.

Petropavlovsk-Kamçatsk şəhər dairəsi administrasiyasının əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi idarəsinin rəhbəri Anatoli Kovnatskinin sözlərinə görə, hazırda ayıların şəhərə kütləvi şəkildə daxil olması və sakinlər üçün birbaşa təhlükə yoxdur.

Hakimiyyət ayıların şəhərdə daha tez-tez görünməsini mövsümi amillə əlaqələndirib. İnsanların yaşadığı ərazilərdə belə halların hər il avqustun sonu – sentyabrın əvvəlində artdığı qeyd olunub.