İndoneziyada Anak-Krakatau vulkanının püskürməsini işıqlandıran 5 jurnalist və 3 ekipaj üzvünün olduğu sürətli kater Sunda boğazında itkin düşüb.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" yerli xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, jurnalistlər vulkanın püskürməsini işıqlandırmaq üçün Banten əyalətindən yola çıxıblar. Katerlə əlaqə bazar ertəsi günündən kəsilib.
Xilasetmə xidməti itən katerin axtarışına bir qayıq və 6 əməkdaş cəlb edib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Anak-Krakatau vulkanında püskürmə sentyabrın əvvəlində başlayıb. Vulkan havaya kül və lava püskürüb, kül sütununun hündürlüyü 15 kilometrə çatıb. Püskürmə İndoneziyada hava nəqliyyatında ciddi fasilələrə səbəb olub və bir sıra hava limanlarının fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb.
QAZİLER.AZ

