Belarus hakimiyyəti Avropadakı qonşularını təhdid edir və Aİ ölkələrinə qarşı “qanunsuz miqrasiyadan silah kimi istifadə edir”.
Qaziler.az bildirir ki, unu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
“ Lukaşenko Belarusu Rusiyanın müharibəsi üçün platsdarma çevirib. Onun rejimi Avropadakı qonşularını təhdid edir və onlara qarşı qanunsuz miqrasiyadan istifadə edir”, – deyə o qeyd edib.
Kallas Litva-Belarus sərhədində yerləşən “Padvarionis” sərhəd zastavasına səfər etdiyini bildirib. O, miqrantların keçirilməsi üçün qazıldığı iddia edilən “mürəkkəb tunellərin” Minskın bu prosesdə iştirak etdiyini göstərən “inandırıcı sübut” olduğunu vurğulayıb.
Kallas qeyd edib ki, avropalılar NATO ilə əməkdaşlıq çərçivəsində “şərq cinahında müşahidəni gücləndirməlidirlər”.
QAZİLER.AZ

