Hindistanın Uttarakhand əyalətində ayı iki qadına hücum edib.
Qaziler.az bildirir ki, qadınlardan biri ölüb, digəri isə ağır yaralanıb.
"Garhwal Post" qəzetinin məlumatına görə, hadisə Çamoli rayonunda baş verib. 56 yaşlı Vimla Devi və Lakşmi Devi Sideli Tok ərazisində olarkən ayı qəfildən onlara hücum edib. Xilas olmağa çalışan qadınlar qaçıblar. Vimla Devi qayalıqdan yıxılıaraq ölüb. Lakşmi Devi ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb, daha sonra daha yüksək səviyyəli tibb mərkəzinə köçürülüb.
Hadisə yerinə polis, administrasiya və meşə idarəsinin əməkdaşları gəlib. Yerli sakinlər ayının tutulmasını və yaşayış məntəqələrinin yaxınlığında patrul xidmətinin gücləndirilməsini tələb ediblər.
Uttarakhandın dağlıq bölgələrinin sakinləri ayı hücumlarının artdığını bildirirlər. Nəticə etibarilə, onlar hakimiyyət orqanlarını yaşayış məntəqələrinə bitişik ərazilərdə vəhşi təbiətin monitorinqini gücləndirməyə çağırırlar.
QAZİLER.AZ

