Lavrov Avropaya Putinin mümkün müharibə ilə bağlı sözlərini xatırlamağı tövsiyə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropaya Rusiya Prezidenti Vladimir Putinin mümkün müharibə ilə bağlı sözlərini xatırlamağı tövsiyə edib.
Qaziler.az bildirir ki, bu barədə o, “Birinci kanal”da yayımlanan “Böyük oyun” proqramına müsahibəsində bildirib.
Lavrov diqqətə çatdırıb ki, Avropa siyasətçiləri eyni vaxtda həm Rusiyanın uğursuzluqları barədə danışır, həm də onun Avropaya hücum etmək iqtidarında olduğunu bildirirlər. Onun sözlərinə görə, belə “cəfəngiyyatlar” danışmaq ciddi yanaşma deyil.
Diplomat Rusiya Prezidenti Vladimir Putinin heç kimə hücum etmək niyyətində olmadıqlarını bildirdiyi fikirlərini xatırladıb. "Rusiya lideri eyni zamanda qeyd edib ki, əgər Avropanın Rusiya ilə münaqişə barədə danışması onların hücuma hazırlaşması anlamına gəlirsə, o zaman müharibə “tamamilə başqa cür və çox qısa olacaq”".
“Bu sözləri yadda saxlamağı tövsiyə edərdim”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
QAZİLER.AZ

