Xmara: Ukrayna "Patriot" üçün təxminən 1000 raketi sifariş edib, amma...

Xmara: Ukrayna "Patriot" üçün təxminən 1000 raketi sifariş edib, amma... backend

Lakin hava hücumundan müdafiə raket sisteminin istehsalı vaxt tələb edir.

Ukrayna tərəfdaşların və Aİ kreditinin vəsaiti hesabına “Patriot” raketləri almaq üçün müqavilələr bağlayıb.

Ukrayna tərəfdaş ölkələrin və Avropa İttifaqının ayırdığı kredit vəsaiti hesabına “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına dair müqavilələr bağlayıb. Bununla yanaşı, Kiyev müttəfiqlərinə müraciət edərək onlardan əlavə dəstək istəyib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukraynanın müdafiə naziri Yevgeni Xmaranın Ukraynanın müdafiəsi üzrə təmas qrupunun “Ramşteyn” formatında keçirilən 36-cı iclasında səsləndirdiyi açıqlamaya istinadən məlumat yayıb. Məlumatı “Suspilne” yayıb.

Xmaranın sözlərinə görə, Ukraynanın dayanıqlılığının təmin edilməsi üçün hava hücumundan müdafiə sahəsində müvafiq qərarların qəbul edilməsi zəruridir.

“Biz tərəfdaşlarımızın köməyi və Aİ-nin krediti hesabına “Patriot” sistemləri üçün təxminən 1 000 raketin alınması ilə bağlı müqavilələr bağlayırıq. Buna görə də sizə bir daha təşəkkür edirik”, – deyə o bildirib.

QAZİLER.AZ