İran ABŞ-nin "ağıllı" pilotsuz sualtı aparatını ələ keçirdi

İran ABŞ-nin "ağıllı" pilotsuz sualtı aparatını ələ keçirdi backend

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-yə məxsus “ağıllı” pilotsuz sualtı aparatı aşkarladığını və Hörmüz boğazında ələ keçirdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə İranın “KebnaNews” portalı məlumat yayıb.

SEPAH-ın yaydığı press-relizdə bildirilir ki, bu gün səhər İran Hərbi Dəniz Qüvvələrinin hərbçiləri “kompleks kəşfiyyat və əməliyyat-kəşfiyyat tədbirləri” çərçivəsində ABŞ ordusunun ən müasir pilotsuz “ağıllı” sualtı aparatlarından birinin Hörmüz boğazının girişində hərəkətini dayandırıblar.

“Bu sualtı aparat artıq ələ keçirilib və onun görüntüləri yaxın saatlarda yayımlanacaq”, - deyə SEPAH bildirib.

Korpus qeyd edib ki, söhbət sualtı donanma sahəsində dünyanın ən yeni texnologiyaları ilə təchiz edilmiş və ötən il ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilmiş aparatdan gedir.

Sualtı aparatın tipi və adı açıqlanmayıb.

QAZİLER.AZ