Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Vasilyevka bələdiyyə dairəsində orta məktəbin binasına və ərazisinə zərbə endirib.
Qaziler.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Yevgeni Balitski “Maks” sosial şəbəkəsində bildirib.
“Terrorçular Vasilyevka bələdiyyə dairəsində fəaliyyət göstərən Orlyansk orta məktəbinin binasına və ərazisinə məqsədyönlü zərbə endiriblər”, - deyə o yazıb.
Qubernatorun sözlərinə görə, hücum nəticəsində heç kim xəsarət almayıb. Hadisə zamanı məktəbin daxilində və yaxınlığında insanların olmadığı bildirilib.
Hazırda hadisə yerində operativ xidmətlərin əməkdaşları çalışır.
Qeyd edək ki, Zaporojye vilayəti Ukraynanın cənub-şərqində yerləşir. Hazırda vilayətin bir hissəsi Rusiya qüvvələrinin nəzarətindədir, digər hissəsi isə Ukraynanın nəzarətində qalır.
QAZİLER.AZ

