“Rusiya Ukraynada müharibəyə başlamayıb” - Peskov

“Rusiya Ukraynada müharibəyə başlamayıb” -  Peskov backend

Rusiya bu müharibəni istəməyib və başlamayıb, hazırda isə onu başa çatdırmağa çalışır.

Qaziler.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov BRİKS sammiti ərəfəsində Dehlidə Hindistan KİV-ləri üçün keçirdiyi brifinqdə bildirib.

“Biz heç vaxt bu müharibəni istəməmişik. Etməyə çalışdığımız isə əvvəllər başlanmış müharibəni başa çatdırmaqdır. Həm də onu biz başlamamışıq”, - deyə o bildirib.

Peskov xatırladıb ki, münaqişənin əsas səbəbləri 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişindən qaynaqlanır. Onun sözlərinə görə, bu proses Qərb ölkələri tərəfindən təşkil olunub və həmin ölkələr Ukraynadan Rusiyaya qarşı mübarizə üçün tramplin kimi istifadə etmək istəyiblər.

Peskov bildirib ki, Ukraynada hakimiyyətə gələn millətçilər rusdilli əhalini sıxışdırmağa başlayıblar.

“Hazırda dayandırmağa çalışdığımız müharibə də məhz bununla başlayıb”, - deyə Kremlin nümayəndəsi fikrini yekunlaşdırıb.

QAZİLER.AZ