Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün Ukraynaya dəstəyi artırmaq və Rusiyaya təzyiqi gücləndirmək lazımdır.
Qaziler.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Litvanın baş naziri Mindauqas Sinkeviçyusla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, Aİ kredit proqramı çərçivəsində Ukraynaya ilk olaraq 8,47 milyard avro vəsait ayırıb. Həmçinin hava hücumundan müdafiə də daxil olmaqla, daha 6,1 milyard avronun ayrılması təsdiqlənib.
“Hazırda indiyədək ən geniş sanksiya siyahılarının hazırlanması üzərində də işləyirik. Ukraynaya dəstəyin artırılması və Moskvaya təzyiqin gücləndirilməsi bu müharibəyə son qoymağın ən sürətli yoludur”, - deyə Kallas bildirib.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, hazırda Aİ Rusiyanın həqiqətən sülhlə maraqlandığını görmür. Onun sözlərinə görə, Rusiya heç bir güzəştə getməyib.
QAZİLER.AZ

