Amerikalı aktrisa Ancelina Coli Xarkovu ziyarət edib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Coli şəhərdəki boks klublarından birinə baş çəkib.
“Zalda adi məşq günü gözlənilməz görüş baş tutub. Klubun qonaqları arasında dünyanın ən məşhur aktrisalarından biri də olub. Onun oğlu Noks ukraynalı müdafiəçilərlə birlikdə klubda tayboksinq üzrə məşq edib”, — deyə məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 30-da Coli Ukraynaya gedib. Hollivud ulduzu Lvov və Ternopol şəhərlərini də ziyarət edib. Colinin bu şəhərlərə səfərinin məqsədi açıqlanmayıb.
QAZİLER.AZ

