BMT süni intellektin təhlükəsi ilə bağlı xəbərdarlıq edib

BMT süni intellektin təhlükəsi ilə bağlı  xəbərdarlıq edib backend

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk süni intellektin (Sİ) bəşəriyyət üçün təhlükə yarada biləcəyindən narahatlığını ifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında bildirib.

«Süni intellektin inkişafı bəşəriyyətin mövcudluğu üçün risk yarada bilər», — deyə qeyd edib.

Onun sözlərinə görə, müasir dünyada Sİ üzərində demək olar ki, məhdudiyyətsiz hakimiyyət cəmi bir neçə şəxsin əlində cəmləşib.

Türk çox gec olmadan Sİ-nin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı səylərə çağırıb. O hesab edir ki, süni intellekt texnologiyalarına sahib olan ölkələr və təchizat zəncirində iştirak edən dövlətlər Sİ sahəsində «qırmızı xətlər» barədə razılığa gəlməlidirlər.

QAZİLER.AZ