Fransada sentyabr ayı üzrə temperatur rekordu yeniləndi

Fransada sentyabr ayı üzrə temperatur rekordu yeniləndi backend

Fransada sentyabr ayı üzrə milli temperatur rekordu yenilənib.

Qaziler.az xəbər verir ki, bu barədə Le Monde məlumat yayıb.

Nəşrin məlumatına görə, rekord göstərici sentyabrın 6-da ölkənin cənubundakı Tarn departamentinin Lavör şəhərində qeydə alınıb. Burada bazar günü havanın temperaturu +40,3°C-yə yüksəlib.

Fransada sentyabr ayı üzrə əvvəlki temperatur rekordu 12 sentyabr 2022-ci ildə Landes departamentinin Pissos kommunasında qeydə alınmışdı. Həmin vaxt temperatur +40,2°C olmuşdu.

Avqustun sonunda kontinental Fransanın 96 departamentindən 44-də tufanlar səbəbindən hava şəraiti ilə bağlı təhlükənin ikinci ən yüksək — “narıncı” səviyyəsi elan edilmişdi.

QAZİLER.AZ