Avropa İttifaqının institutları ilə Macarıstan arasında qarşıdurmanın yeni mərhələsi oktyabr ayında başlayacaq. Həmin vaxt Avropa Parlamenti Macarıstandan LGBT əleyhinə qanunun ləğv edilməsini tələb edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Məlumata görə, oktyabr ayında Avropa Parlamenti ölkənin Avropa normalarına riayət etməsini qiymətləndirmək, o cümlədən LGBT əleyhinə qanunun ləğvi üçün şəraitin olub-olmadığını araşdırmaq məqsədilə Macarıstana missiya göndərəcək. Hazırda Peter Madyarın hökuməti bu qanunu ləğv etmək niyyətində deyil. Missiya üzvləri Macarıstanda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşəcək və yekun hesabat hazırlayacaqlar.
Avropa Parlamenti missiyasının qarşısında duran vəzifələrdən biri Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən Macarıstana qarşı başladılmış prosedurun dayandırılması üçün şəraitin olub-olmadığını qiymətləndirməkdir. Nəzəri olaraq bu prosedur Aİ-nin «normalarını və dəyərlərini» pozduğuna görə ölkənin Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsinə gətirib çıxara bilər.
Macarıstana qarşı bu prosedur 2018-ci ildə keçmiş Baş nazir Viktor Orbanın hökumətinə təzyiq göstərmək məqsədilə başladılıb.
QAZİLER.AZ

