Tanzaniya prezidentinin həyat yoldaşı vəfat etdi

Tanzaniya prezidentinin həyat yoldaşı vəfat etdi backend

Tanzaniya Prezidenti Samia Suluhu Hasanın həyat yoldaşı Hafid Ameir Hasan ürək xəstəliyi səbəbindən Zənzibar adasındakı xəstəxanada vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 7-də yerli “The Citizen” nəşri məlumat yayıb.

“Dərin kədər hissi ilə Tanzaniya Prezidenti Samia Suluhu Hasanın həyat yoldaşı Hafid Ameir Hasanın vəfat etdiyini bildirirəm”, – jurnalistlər vitse-prezident Deogratius Ndembebinin sözlərini sitat gətirib.

Prezidentin həyat yoldaşı yerli vaxtla saat 08:00 radələrində Emilio Mzena adına xəstəxanada dünyasını dəyişib. Hazırda dəfn mərasiminə hazırlıq Kizimkazi kəndində aparılır.

Peşəkar aqronom olan Ameir Hasan ictimai tədbirlərdə nadir hallarda iştirak edib. O, 1978-ci ildən Samia Suluhu Hasanla evli olub və cütlüyün dörd övladı var.

QAZİLER.AZ