Litva rus klassiklərini məktəb proqramından çıxardı

Litva rus klassiklərini məktəb proqramından çıxardı backend

Litvanın Təhsil, Elm və İdman Nazirliyi rus dilində təhsil verən məktəblərdə ana dili və ədəbiyyat fənni üzrə tədris proqramından Mixail Lomonosov və Qavriil Derjavinin əsərlərinin çıxarılmasına qərar verib.

Qaziler.az xəbərverir ki, bu barədə TASS Litvanın dövlət radio və televiziya yayımçısı LRT-yə istinadən məlumat yayıb.

Yeni qərara əsasən, bu əsərlər yeni tədris ilindən etibarən rus məktəblərinin 9-cu siniflərində daha öyrənilməyəcək.

Bundan əvvəl Litvanın Baş naziri Mindauqas Sinkeviçyus milli azlıqların məktəblərində bəzi rus klassiklərinin proqramdan çıxarılmasının tərəfdarı olduğunu bildirmişdi. Baş nazirin təklifinə əsasən, onların əvəzinə ukraynalı şair Taras Şevçenkonun əsərləri proqrama daxil ediləcək.

QAZİLER.AZ