Türkiyə prezidenti bir şəxsi intihardan qaytardı

Türkiyə prezidenti bir şəxsi intihardan qaytardı backend

Türkiyə prezidenti bir şəxsi intihardan qaytarmağa müvəffəq olub.

Türkiyənin prezidenti bir şəxsi intihardan qaytarmağa müvəffəq olub. Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, cümə namazından qayıdan Rəcəb Tayyib Ərdoğanın karteji körpüdə intihar etmək istəyən bir şəxsə görə yaranmış tixacda dayanmalı olub.

R.T.Ərdoğan avtomobildən düşərək həmin şəxslə söhbət edib və onu intihar etmək fikrindən yayındırmağa müvəffəq olub.