İndoneziya vulkan külünü təmizləmək üçün süni yağış yağdırmağa hazırlaşır

İndoneziya vulkan külünü təmizləmək üçün süni yağış yağdırmağa hazırlaşır backend

İndoneziya hakimiyyəti Anaq-Krakatau vulkanının püskürməsi nəticəsində Cakarta və ətraf bölgələrə yayılan vulkanik külü təmizləmək üçün süni yağış yağdırmağa hazırlaşır.

Qaziler.az bildirir ki, Milli Təbii Fəlakətlərə Qarşı Mübarizə Agentliyinin (BNPB) rəhbəri Suharyanto bildirib ki, hava şəraitinin modifikasiyası əməliyyatı çərçivəsində yağıntıların artırılması planlaşdırılır. Bunun üçün təyyarələr artıq Pondok-Kabe hava limanında hazır vəziyyətdədir.

BNPB-nin məlumatına görə, vulkanik kül Böyük Cakarta ilə yanaşı, Banten və Lampunq əyalətlərinə də yayılıb və bir neçə hava limanının fəaliyyətində problemlər yaradıb.

Anaq-Krakatauda püskürmə sentyabrın 4-ü gecəsindən davam edir. Peyk məlumatlarına əsasən, vulkanik kül təxminən 14,6 kilometr yüksəklikdə müşahidə olunub.

QAZİLER.AZ