Özbəkistan və Çin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Özbəkistan və Çin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir backend

Çin və Özbəkistan terrorizmə qarşı mübarizədə əməkdaşlığı artıracaq

Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri Van Syaohunun dəvəti ilə Özbəkistan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Çində rəsmi səfərdədir.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, səfər çərçivəsində Özbəkistanın daxili işlər naziri, general-leytenant Əziz Taşpulatov ilə Çinin ictimai təhlükəsizlik naziri Van Syaohun arasında görüş keçirilib.

Tərəflər 2026-2027-ci illər üzrə əməkdaşlıq yol xəritəsinin icrasını davam etdirmək və “Mərkəzi Asiya – Çin” formatında qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər.

Görüşdə terrorizm və ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil və transmilli cinayətkarlıqla mübarizə, kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Həmçinin biometrik identifikasiya, müasir kriminalistika texnologiyaları, polis aviasiyası və pilotsuz uçuş aparatlarından istifadə üzrə təcrübə mübadiləsi məsələləri nəzərdən keçirilib.

QAZİLER.AZ