KXDR lideri Kim Çen Inın Qərb mətbuatında Kim Çu E kimi tanınan qızı atası ilə birlikdə “Kan Qon” esminesinin silahlanmaya qəbul edilməsi mərasimində iştirak edib.
Müvafiq fotolar Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən dərc edilib.
Kim Çen In və qızı gəminin ekipaj üzvləri ilə birlikdə foto çəkdiriblər. Sentyabrın 6-da keçirilən mərasimdə Dövlət İşləri üzrə Sədri həyat yoldaşı Li Sol Çju da müşayiət edib. Kim Çen Inın Vonsan şəhərinin limanına, ehtimal ki, “Aurus” markalı avtomobillə gəldiyi bildirilir.
2025-ci ilin mayında “Kan Qon” esminesi suya buraxılmağa cəhd edilərkən çevrilib. Gəmi bərpa edilib və həmin ilin iyun ayında onun suya buraxılması başa çatdırılıb.
Esmines Koreyada milli-inqilabi hərəkatın qəhrəmanı və Koreya yarımadasında Yaponiyanın müstəmləkəçilik hökmranlığına qarşı mübarizə aparmış şəxsin şərəfinə adlandırılıb. “Kan Qon” “Çxve Hyon” sinfinin sayca ikinci gəmisidir.
Kim Çen In mərasim zamanı bildirib ki, gəmi “nüvə cavab sisteminin” tərkibinə daxildir və “əmr verildiyi təqdirdə düşmənlərə sarsıdıcı zərbə endirməli olacaq”. KXDR liderinin sözlərinə görə, bu gəmi “mahiyyət etibarilə hücum xarakterli” silah növünü təmsil edir. (trend.az)

