İsrail ordusu döyüş hazırlığını yoxlamaq məqsədilə təlimlərə başlayıb

İsrail ordusu döyüş hazırlığını yoxlamaq məqsədilə təlimlərə başlayıb backend

İsrail ordusu qoşunların döyüş hazırlığını yoxlamaq məqsədilə qəfil təlimlərə başlayıb.

 

Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

 

Təlimlərin gedişatını Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir izləyir. Əməliyyat müşavirəsi zamanı o, birdən çox istiqamətdə sürətlə inkişaf edən münaqişə şəraitində qərargahların və şəxsi heyətin reaksiyasını qiymətləndirib.

 

Bu təlimlər bu il sentyabrın ortalarından oktyabrın əvvəlinədək qeyd olunacaq ənənəvi yəhudi bayramlarının uzunmüddətli dövrü ərəfəsində keçirilir.

 

Zamirin sözlərinə görə, hərbçilərin qarşıdan gələn bayramlara hazırlaşdığı bir vaxtda İsrail hazırda "bütün istiqamətlərdə gərgin və qeyri-sabit dövr" yaşayır. "Biz dərs çıxarmağa davam edirik və dediyim kimi, İsrail Müdafiə Qüvvələrinin əsas vəzifəsi qəfil hücuma hazır olmaqdır", — deyə ordunun mətbuat xidmətinin yaydığı məlumatda generalın sözləri sitat gətirilib.