Lavrov: Almaniya yenə müharibə istəyir

Lavrov: Almaniya yenə müharibə istəyir backend

Qərbin Rusiyaya qarşı Leypsiq hava limanındakı dron hücumu ilə bağlı ittihamları əsl müharibənin başlanğıcıdır.

 

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib

 

Sergey Lavrov qeyd edib ki, Böyük Vətən Müharibəsi başlamazdan əvvəl Almaniya, indi etdiyi kimi diplomatik nümayəndəliklərini bağlamışdı.

 

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Berlin "yenə müharibə istəyir" və "tarixin dərsləri heç öyrənilməyib".

 

O, Rusiya rəhbərliyinin müvafiq nəticələr çıxaracağını söyləyib: "Leypsiq, hava limanı... Onlar hansısa PUA tapıblar. Deyiblər ki, bu, Rusiya PUA-sıdır və heç kim araşdırma aparmayıb. Bu, ümumiyyətlə, elə əsl müharibənin başlanğıcıdır".

 

Sergey Lavrov bəzi müasir "siyasi fiqurların" tezliklə "Avropa siyasətinin zirvəsindən silinəcəyi" fikrini də bildirib